Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-12 15:40:00
Coğrafiya dərsliklərinin üz qabığındakı nöqsanlar – artıq şəkillər, proqramdankənar təsvir- Müəllimlərin narazılığı

AzEdu.az ayrı-ayrı dərsliklərin üz qabığını araşdırmaqda davam edir.

Bu dəfə isə Coğrafiya dərsliklərinin üz qabığının onun içindəkilərlə nə dərəcədə uyuşması, şagirdlərə nə aşılamasını fənn müəllimləri ilə müzakirə etdik.

Gənc müəllimlər kitabların üz qabığında ciddi bir problemin olmadığını desələr də, müəyyən təkliflər səsləndiriblər.

Şıxhüseynli kənd orta məktəbində Coğrafiyanı tədris edən gənc müəllim  Posu Mansırlının fikrincə,  hər fənn dərsliyinin üz qabığı həmin fənn və həmin sinifdə keçirilən mövzulara uyğun hazırlanmalıdır:

“Şagird də, müəllim də dərsliyin üz qabığına baxanda bilməlidir ki, orada əsasən, hansı mövzular tədris olunur. Son illər  Coğrafiya dərsliklərinin üz qabıqları bu formada hazırlandığına görə məncə, əlavə dəyişikliyə ehtiyac yoxdur.

Üz qabığında dərslikdəki mövzulardan kənar, fənnə aidiyyatı olmayan şəkil, yazılar olmamalıdır. Bu halı ən çox aşağı sinif kitablarında müşahidə edirik.  Amma  əvvəllər belə hallar daha çox olurdu. Məncə, bu şəkillər artıq idi”.

Goranboy rayon Buzluq kənd orta məktəbinin  Coğrafiya müəllimi Araz Hacızadə kitabın üz qabığında Azərbaycan təbiətinin vurğulanmasının tərəfdarıdır:

“Sosial şəbəkələrdən tez-tez görürəm ki, Tarix və ya Azərbaycan dili kitablarında hər hansı səhvlər var. Coğrafiya kitablarının üz qabığında isə hələ ki, nəzərə çarpan ciddi səhv aşkarlamamışam. Amma təkliflərim var.

Məsələn, VI sinif Coğrafiya dərsliyinin üz qabığında Azərbaycanın təbiətini təsvir edən 1-2 element əks oluna bilərdi. Çünki Coğrafiya fənn olaraq bu sinif şagirdləri üçün yenidir.

VIII sinif kitablarının üz qabığında Azərbaycan coğrafiyasında yüksək xidmətləri olan mütəfəkkirlərin rəsmləri əks olunub. Yuxarı sinif dərsliklərində də buna yer verilsə, yaxşı olardı”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları