Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-12 11:52:00
Bu sadə qaydalara əməl etməklə ABŞ-da müəllim işləyə bilərsiniz – Gənc pedaqoqlar üçün

AzEdu.az Amerikada müəllimlərin işə qəbulu ilə bağlı məlumatı təqdim edir:

ABŞ təhsil sistemi dünyanın digər ölkələrdən daha demokratik olması ilə fərqlənir.

Amerika orta məktəblərində müəllim işləmək üçün həmin şəxslərin mütləq sertifikatları olmalıdır. Müəllim işləmək üçün lazım olan bu sertifikatlar iki yolla alınır.

I - Həmin şəxsin universitetdə oxuduğu fakültə təhsillə bağlıdırsa və ya ixtisası müəllimlikdirsə, bakalavrda oxuduğu zaman praktika keçib sertifikat əldə edə bilər.

II – Müəllim olmaq istəyən şəxsin ixtisası təhsillə bağlı deyilsə, mütləq test imtahanından keçməlidir. Bu testlər iki mərhələdən ibarət olur. Birinci mərhələ - ümumi pedaqogika, növbəti mərhələ isə ixtisasla bağlıdır. Bu mərhələdə müraciətçilər öz ixtisasları üzrə imtahan verirlər. Hər iki mərhələdən uğurla keçən şəxslər müəllimlik sertifikatı əldə edirlər.

Bu qaydalar dövlət statuslu orta məktəblərə aid edilir. Özəl məktəblərdə müəllim işləmək üçün sertifikatın olması vacib amil hesab olunmur. Lakin sertifikat olduğu halda, aylıq əmək haqqı yüksək olur. Ümumilikdə isə müəllimlərin maaşı ABŞ məktəblərində ştatlara görə fərqlənir. Çünki hər bir ştatın öz büdcəsi var. Təhsilə ayrılan maliyyə də həmin büdcəyə uyğun hesablanır.

Qeyd edək ki, ABŞ-da şagirdlərin 15 faizi özəl təhsil müəssisələrində və ya kilsə məktəblərində, qalanı isə dövlət məktəblərində oxuyur.