Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-11 15:44:43
Rektordan müəllimlərə 10 TÖVSİYƏ: “Yalnız dərs deməklə kifayətlənməyin”

Azərbaycan İlhaiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov müəllimlərə tövsiyə verib. AzEdu.az saytı rektorun müəllimlərə verdiyi 10 tövsiyəni diqqətə çatdırır:


1. Tələbələrinizə öz övladlarınız kimi yanaşın
.
2. Tələbkar olun, ancaq sərt və kobudluqdan uzaq olun.

3. Özünüzlə tələbələr arasında körpü yaradın.

4. Onlarda analitik və tənqidi təfəkkür qabiliyyəyini formalaşdırmağa çalışın.

5. Onlar üçün ən gözəl və ideal nümunə olun.

6. Onlardan sevginizi və şəfqətinizi əsirgəməyin.

7. Onların milli və vətənpərvər ruhda böyüməsinə dəstək olun.

8. Yalnız dərs deməklə kifayətlənməyin, tərbiyəvi söhbətlərə də yer verin.

9. Fərdi inkişafla bağlı söhbətlər edin.

10. Qayğıları ilə maraqlanın, mənəvi dəstək olun.