Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-09 17:50:00
Məktəbəqədər təhsildə kişi müəllimlər

“Bir neçə il bundan əvvəl, karyera planlarımı təhsil sahəsində etməyi ciddi-ciddi düşünərkən, ixtisaslaşacağım sahənin 6 yaşdan balaca uşaqlar olacağı ağlımın ucundan belə keçməzdi. Ağlımdakı seçimlər ya İngilis dili müəllimliyi, ya da ibtidai sinif müəllimliyi idi. Qərarımın üzərində düşündükdən sonra, ibtidai sinif müəllimliyinə müraciət etdim. Ancaq müraciətimə qarşılıq olaraq “Məktəbəqədər Təhsil” təklifi gəldi. Üstəlik “Məktəbəqədər” deməklə nəyin nəzərdə tutulduğunu da bilmirdim. Bir az araşdırma etdikdən sonra 5 yaşdan balaca uşaqlara oyun əsaslı təhsil yanaşması olduğunu öyrənib, təklifi qəbul etdim. Bir il sonra karyeramın ilk iki ilini keçirəcəyim bağçanın qapısındadaydım və narahat idim.

Başlanğıcım elə də asan olmadı. Bir çox insanın, bir kişinin necə bir bağça müəllimi ola biləcəyi ilə bağlı qərəzli davranışları ilə mübarizə etmək məcburiyyətində qaldım. Əsasən bu həqiqətdən kənar mühakimə səbəbilə, hələ əskik, yanlış hərəkətim olmasa belə, “daha çox diqqətli olmağımla” bağlı bir neçə xəbərdarlıq aldım”.

Bunlar, İngiltərədə yaşayan bağça müəllimi Tim Kookun sözləridir. Bəs məktəbəqədər təhsildə kişi müəllimlərin olması niyə bu qədər çətindir?

Uşağa qulluq qadınlıq rolu olaraq analığın davamıdırmı?

Əksər cəmiyyətlər, qadınları evdə oturan və uşaqlara baxan şəxs olaraq görməyə meyilli olduqlarından, erkən uşaqlıq təhsilində də qadınların ixtisaslaşmaları lazım olduğunu düşünürlər. Qadınların bu işdə uğurlu olduqlarını düşündükləri üçün, kişilərin bu sahədə qadınlar ilə rəqabət etməkdən çəkinmələri də mümkündür. Bundan əlavə qadınlar, azyaşlı uşaqlarla işləmək üçün etibarlı şəxslər kimi görülsə də, bu işə girən kişilərə uşaq istismarı niyyətlərinin ola biləcəyi kimi qorxunc düşüncəylə yanaşırlar. Bunlarla yanaşı, sektordakı maaşların aşağı olması, kişinin “evə çörək aparan” və daha çox pul qazanan rolunu əlindən almış olur.

Halbuki, azyaşlı uşaqların olduğu sinifdə kişi rol modellərinin olması faydalıdır. Bunlardan bəzilərini təqdim edirik:

  • Uşaqda ictimai cinsiyyət tarazlığının inkişafına kömək olur;
  • Evdə ata fiqurunun olmadığı boşanmış ailələrdə və ya atanın vəfat etdiyi vəziyyətlərdə uşaq üçün ən azından bağçada vaxt keçirə biləcəyi bir kişi obrazı olur;
  • Bəzi uşaqlar, ataları fiziki olaraq evdə olsa da, evdə belə tapa bilmədikləri pozitiv kişi rol modellərə sahib ola bilirlər;
  • Kişilərin və qadınların uşaq baxımı və təhsilində izlədiyi fərqli yollar var və bu fərqlilik sayəsində uşağın dünyagörüşü formalaşır;
  • Uşaqlar, kişilər və qadınlar arasındakı pozitiv əlaqələri izləyib, təcrübə qazanmış olurlar;
  • Kişi və qadın beyinlərinin bir-birindən fərqli işlədiklərini nəzərə alsaq, kişi müəllimlər oğlan uşaqları ilə bağlı vəziyyətlərdə fərqli düşüncə sərgiləyə bilirlər.(egitimpedia.com)