Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-09 13:32:00
Alimlər yeni üsulla enerji əldə edəcəklər

Rusiyalı alimlər eyni anda günəş elementi və işıq mənbəyi kimi işləyən cihazın prototipini yaradıblar.

AzEdu.az xəbər verir ki, yeni cihaz elektrik yarada və işıq mənbəyi kimi istifadə oluna bilər.

Günəşdən enerji almaq funksiyasını yerinə yetirən işıq diodlarını xüsusi plonkanın köməyi ilə şüşələrə yerləşdirmək mümkündür. Bu zaman onlar gündüz elektrik enerjisi istehsal edəcək, gecə isə işıqlandırma elementi kimi xidmət göstərəcəklər. Mütəxəssislər həmin prosesdə Günəş batareyaları üçün ənənəvi silisiumdan deyil, gələcəkdə elektronikada istifadə üçün ən perspektivli hesab olunan perovskit materialından istifadə ediblər.