Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-09 16:46:00
Məşhur türkiyəli pedaqoq: “Təhsilə yatırım edənlər var-dövlət düşünməsinlər”

“Təhsilə yatırım edənlər var-dövlət qazanacaqlarını düşünməsinlər. Təhsil bir könül işidir və bu iş sevərək görülməlidir”

Türkiyədə Arı təhsil şəbəkəsinin əsasını qoyan Sıtkı Alp müəllimlərlə bağlı dəyərli fikirlər səsləndirib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, o, həm də Çankaya Universitetinin əsasını qoyub. Öz ibtidai sinif müəlliminə heyran olduğun üçün müəllimliyi seçən Sıtkı Alp Türkiyə təhsil sektorunun önəmli simalarından biridir.

Bu halda müəllimlərin uğurundan söhbət gedə bilməz...

Onun fikrincə, müəllimin dərsə hazırlıq üçün ayrıca vaxtı olmalıdır. O, dərsə şagirdlərin bütün suallarını cavablaya biləcək qədər hazır vəziyyətdə girməlidir:

“Müəllimin özünü davamlı olaraq inkişaf etdirməsi mütləqdir. Əks halda uğurdan söhbət gedə bilməz.

Valideynlər məktəbi seçərkən müəllimləri xüsusilə araşdırsınlar. Uşaqlarını gözübağlı şəkildə gedib məktəbə qoymasınlar. İstədikləri məktəbin yaradıcısı, direktoru, müəllimlərini araşdırsınlar. Müəllimlərin yeni tədris metodlarından nə dərəcədə istifadə etdiklərini öyrənsinlər. Belə olduqda ən keyfiyyətli təhsili verən məktəni təxmin etmək mümkündür. Həmin təhsil müəssisəsinin illər ərzində neçə məzun buraxması, onların hansı universitetlərə qəbul olmasını da diqqətdən qaçırmasınlar”.

“Uğurun sirri işini sevməkdir”

“Müəllim işə pul qazanmaq məqsədi ilə başlamamalıdır. Ölkənin inkişafı üçün ən önəmli amil təhsildir. Ümumiyyətlə, təhsilə yatırım edənlər var-dövlət qazanacaqlarını düşünməsinlər. Təhsil bir könül işidir və bu iş sevərək görülməlidir”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları