XƏBƏRLƏR

09.11.2018 12:31
Azərbaycanda məktəblər qışa hazırdır? – Nazirlikdən açıqlama

“Azərbaycanda fəaliyyət göstərən məktəblərdə istilik sistemləri hər il olduğu kimi, noyabr ayının 15-dən işə düşəcək”.

Bu barədə Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab verilib.

Bildirilib ki, Bakı və regionlardakı təhsil müəssisələrinin qış mövsümünə hazırlığı ilə bağlı bu ilin yayından müvafiq işlər aparılır:

“Qarşıya çıxan problemlər aradan qaldırılır. Bəzi təhsil müəssisələrində daxili istilik sistemində problemlər olmasa da, elektrik və qaz təchizatında müəyyən problemlər aşkarlanır.

Bu məsələlərin həlli istiqamətində cavabdeh qurumlarla işlər aparılır”.