Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-09 15:47:00
Buraxılış imtahanı proqramı-Fransız dili

2019-cu ildən qəbul imtahanları kurikulum standartları əsasında təşkil olunacaq. İmtahan sistemi ilə yanaşı, fənlər üzrə proqramlarda da müəyyən dəyişikliklər müşahidə olunur.

XI sinfi bitirənlər ilk dəfə olaraq tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını kurikulum və yeni dərsliklərə uyğun hazırlanan proqram əsasında verəcəklər.

AzEdu.az  “Abituriyent” jurnalının xüsusi buraxılışına istinadən, Alman dili fənni üzrə buraxılış imtahanının proqramını təqdim edir:

Fonetika

Fransız dilinin səs və hərf tərkibi, səs-hərf münasibətləri.

Leksika

Sözün leksik və qrammatik mənaları, təkmənalı və çoxmənalı sözlər, sinonimlər, antonimlər, sabit söz birləşmələri.

Sözdüzəltmə

Suffikslərlə və prefikslərlə düzələn sözlər.

Qrammatika.Morfologogiya

İsim

İsmin əsas qrammatik əlamətləri, ümumi və xüsusi isimlər, sayılan və sayılmayan isimlər. Canlı və cansız isimlər, kişi və qadın cinsli isimlər, qadın cinsli isimlərin düzəldilməsi. İsimlərin tək və cəm halı, isimlərin cəm halının düzəldilməsi, cəm şəkilçisi qəbul etməyən isimlər.

Artikl

Artiklın növləri:qeyri-müəyyən və müəyyən artikllər, müəyyən artiklın qısa forması, artiklın birləşmiş formaları, hissə bildirən artikllər. İnkar formada, habelə kəmiyyət, çəki, həcm, ölçü və s. bildirən sözlərdən sonra hissə bildirən artiklın de ilə əvəzlənməsi. Sayılmayan isim qarşısında hissə bildirən artiklin əvəzinə müəyyən artiklin işlənməsi halları. Müəyyən artiklin le, la, l’, les formalarının şəxs əvəzliklərinin eyni formalarından fərqləndirilməsi, birləşdirilmiş artiklin du formasının hissə bildirən du artiklindən fərqləndirilməsi, qeyri-müəyyən artiklin des formasının birləşmiş artiklin des formasından fərqləndirilməsi. Artiklin de ilə əvəzlənməsi, artiklin işlədilməməsi halları.

Sifət

Sifətin əsas qrammatik əlamətləri,sifətin qadın cinsinin düzəldilməsi, cinsə görə dəyişməyən sifətlər, sifətin cəm halının düzəldilməsi, sifətin aid olduğu isimlə uzlaşma xüsusiyyətləri, sifətin cümlədə yeri, isimdən əvvəl işlənən sifətlər. Qeyri-müəyyən sifətlər, Tout sifətinin işlənmə xüsusiyyətləri,işarə və mənsubiyyət sifətləri, sifətin sintaktik funksiyaları.

Say

Miqdar və sıra sayları, sıra saylarının düzəldilməsi və işlədilməsi.

Əvəzlik

Əvəzliklərin növləri, şəxs əvəzlikləri, şəxs əvəzliklərinin vurğusuz və vurğulu formaları, onların işlənmə xüsusiyyətləri. Sual əvəzlikləri, qeyri-müəyyən əvəzliklər.

Zərf

Zərfin quruluşca növləri:sadə, düzəltmə zərflər, -ment suffiksi ilə tərzi-hərəkət zərflərinin düzəldilməsi və belə zərflərin eyni suffikslə düzələn isimlərdən fərqləndirilməsi.Zərflərin mənaca növləri:yer, zaman. Tərzi-hərəkət, təsdiq, inkar, miqdar və s. bildirən zərflər.

Beaucoup, peu, assez, plus, trop və s. miqdar bildirən zərflərin feilin mürəkkəb zaman formalarında yeri.

Feil

Feilin xəbər şəkli zamanları, xəbər şəklinin sadə zaman formasının düzəldilməsi və işlədilməsi. Être köməkçi feilinin köməyi  ilə təsriflənən mürəkkəb zaman formasında feili sifətin mübtəda ilə cinsə və kəmiyyətə görə uzlaşması.

Pronominal feillər və onların feilin sadə və mürəkkəb zaman formalarında təsrif xüsusiyyətləri. Modal feillər,feilin əmr şəkli,əmr şəklinin təsdiq və inkar formaları.

Feilin məchul növü

Sözönülər

Bağlayıcılar

Tabesizlik və tabelilik bağlayıcıları, inkar hissəcikləri. Est-ce que  sual ifadəsi.

Sintaksis

Sadə cümlə, sadə cümlənin mənaca növləri: nəqli, sual, əmr cümlələri. Nəqli cümlədə söz sırası, sual cümlələrinin düzəldilməsi qaydaları. Ümumi suallı cümlələr6 yalnız sual intonasiyası vasitə ilə düzələn sual cümlələri, “Est-ce que” sual ifadəsinin  köməyi ilə düzələn sual cümlələri, inversiya üsulu ilə düzələn sual cümlələri, sadə inversiya, mürəkkəb inversiya, müstəsna qaydalar. Sual cümlələrində söz sırası, cümlə üzvlərinin sualları:

-canlı və cansız mübtədanın sualları;

-feili xəbərin sualları;

-ismi xəbərin sualları: cansız və canlı isimlərlə iafdə olunmuş ad hissənin sualları, sifətlə ifadə olunmuş, rəng bildirən sifətlərlə iafdə olunmuş  ad hissənin sualı;

-canlı və cansız  isimlə ifadə olunan  vasitəsiz, vasitəli tamamlıqların sualları;

-təyinə verilən sual sözünün aid olduğu sözlə cinsə və kəmiyyətə görə uzlaşması;

-sayla ifadə olunan təyinin sualları;

-tərzi-hərəkət, zaman, yer və səbəb zərfliklərinin sualları.

Əmr cümlələri,əmr cümlələrinin təsdiq və inkar formalarının düzəldilməsi,əmr cümlələrində söz sırası. İnkar cümlələri, voici və voilà ilə işlənən cümlələrdə  söz sırası. Şəxssiz cümlələr və şəxssiz feillər. “Il” şəxssiz əvəzliyinin cümlədə rolu, yalnız şəxssiz formada işlənən feillər, həm şəxssiz, həm də şxsli formada işlənə feillər. Tabesiz və tabeli mürəkkəb cümlələr.Nitq etiketləri, “Il y a” ifadəsinin təsdiq, sual və inkar formaları.