XƏBƏRLƏR

09.11.2018 09:34
XI-lərin diqqətinə!-Alman dili üzrə 2019-cu il proqramı

2019-cu ildən qəbul imtahanları kurikulum standartları əsasında təşkil olunacaq. İmtahan sistemi ilə yanaşı, fənlər üzrə proqramlarda da müəyyən dəyişikliklər müşahidə olunur.

XI sinfi bitirənlər ilk dəfə olaraq tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını kurikulum və yeni dərsliklərə uyğun hazırlanan proqram əsasında verəcəklər.

AzEdu.az  “Abituriyent” jurnalının xüsusi buraxılışına istinadən, Alman dili fənni üzrə buraxılış imtahanının proqramını təqdim edir:

Fonetika

Alman dilinin hərf və səs tərkibi, səs-hərf tərkibi münasibəti.Uzun və qısa sait səslər, səs və hərf birləşmələri, diftonqlar, affrikatlar. Sözün vurğusu, mürəkkəb sözlərdə vurğu, ayrılan və ayrılmayan ön şəkilçili feillərdə vurğu.

Leksika

Sözün leksik mənası, təkmənalı və çoxmənalı sözlər, sinonimlər, antonimlər.

Sözdüzəltmə -er, -ler, -ner,-ling, -ist, -ent, -ant (kişi cinsli): -ung, -heit, -keit, -in, -schaft, -igkeit, -ei, -tion, -tat (qadın cinsli): -um, -chen, -lein (orta cinsli) və s. suffikslərlə düzələn isimlər.

-ig, -lich, -los, -bar, -sam, isch suffiksləri və un-önşəkilçisi (prefiksi) ilə düzələn sifətlər.

Ayrılan və ayrılmayan ön şəkilçilər ilə və -ieren suffiksi ilə düzələn feillər.

Mürəkkəb feillərin (kennen lernen, zurück kehren, fort gehen və s.) düzəldilməsi.

Qrammatika

İsim

İsimlərin quruluşca növləri, ismin əsas qrammatik əlamətləri: cinsi, halı və kəmiyyəti. Cinsin məna və suffikslərə görə təyin olunması. İsimlərin cəmlənməsi: I, II, III və IV,V tiplər.

İsimlərin hallanması, qüvvətli, qadın cinsli, zəif hallanma.İsimlərin cəmdə hallanması:

Artikl

Artiklın növləri, müəyyən və qeyri-müəyyən artikllər, artiklın cins,hal, kəmiyyət bildirməsi, artiklın hallanması, müəyyən və qeyri-müəyyən artikllərin işlənməsi və düşməsi halları.

Sifət

Sifətin əsas qrammatik xüsusiyyətləri, sifətin zəif, qüvvətli və qarışıq hallanması.Sifətin cümlədə funksiyaları: a)sifətin ismi xəbər kimi işlənməsi, b) sifətin təyin kimi işlənməsi.

Əvəzlik

Əvəzliyin məna növləri:şəxs, yiyəlik, sual, işarə, qeyri-müəyyən, şəxssiz, qayıdış və inkar əvəzlikləri.Şəxs əvəzlikləırinin hallanması, şəxs və yiyəlik əvəzliklərinin  işlənmə xüsusiyyətləri.

Kein inkar əvəzliyinin hallanması və işlədilməsi.

Say

Miqdar və sıra sayları, onların düzəldilməsi və işlədilməsi.

Zərf

Zərfin mənaca növləri

Feil

Feilin üç əsas forması,əsas, köməkçi, zəif, qüvvətli,qaydalı, qaydasız, modal feillər.Köməkçi və qaydasız feillərin 3 əsas forması.Feilin zaman formaları, zaman formalarının düzəldilməsi və işlədilməsi.Feilin əmr formas, əmr formasının düzəldilməsi və işlədilməsi.

Sözönülər

Dativ halını tələb edən sözönüləri:mit,zu və s.

Akkusativ halını tələb edən sözönülər:ohne,gegen,für və.s

Dativ və Akkusativ hallarını tələb edən sözönüləri: in, an, auf və s.

İn, an, um sözönülərinin zaman mənasında işlənməsi.

Bağlayıcılar

Tabesizlik bildirən (und, denn, aber,darum,deshalb və s.) bağlayıcılar.

Sintaksis

Sadə cümlə,cümlənin mənaca növləri:nəqli, sual və əmr cümlələri.Mübtəda və xəbərin şəxsə və kəmiyyətə görə uzlaşması. Sadə cümlədə söz sırası, inkarlıq bildirən nicht və kein sözlərinin cümlədə yeri.