Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-09 14:59:00
Dünyanın nüfuzlu universitetlərinə qəbul zamanı verilən suallar - Heyrətləndirici NÜMUNƏLƏR

Dünyada keyfiyyətli təhsil verən universitetlərə və iş yerlərinə qəbul olunmaq məqsədilə namizədlər üçün müsahibə mərhələsi təşkil olunur.

Müsahibələrdə isə sıradan, adi suallar əvəzinə, bəzən qeyri-adi nümunələrə rast gəlmək mümkündür.

AzEdu.az dünyanın inkişaf etmiş ölkələrində ali təhsil müəssisələrinə və işə qəbul zamanı namizədlərə verilən ən qeyri-adi sualları təqdim edir:

Gələcəkdə baş daşınızın üzərində nə yazılmasını istəyərsiniz?

Şirkətdə iş yoldaşınızla sevgi münasibəti qursanız, bunu müdürünüzlə paylaşardınız?

İnternet necə işləyir?

Otağın, stolun və maşının çirklənib. Öncə hansını təmizləyərdin?

V gün gecə saat 02:00-da San Fransiskoda neçə nəfər Facebook-da vaxt keçirib?

Pepsi yoxsa Coco-cola?

Microsoft Oficce proqramlarından biri olmalı olsaydınız, hansını seçərdiniz?

Dağın ətəyində tapdığınız bulağın suyunu, dağın başına hansı yollarla çıxarmaq olar?

Dünyadakı aclıq problemini həll etmək üçün bir planınız var?

Maşında yalnız olanda nə düşünürsünüz?

Nobel mükafatı alan 3 nəfərin adını çəkin.

New-Yorkda neçə dənə pəncərə var?

Amerikanın bir ştatını ləğv etmək istəsəniz, bu hansı olardı?

Heç iş yerinizdən qələm oğurlamısınız?

Hər hansı mağazanın vitrinində çılpaq şəkildə əlinizdə bir vərəq tutmalı olsaydınız, ora nə yazılmasın istərdiniz?

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları