Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-09 10:50:00
Keçid ballarıyla bağlı yayılan məlumatlara DİM aydınlıq gətirdi - "İndidən proqnoz vermək mümkün deyil"

2019-сu ildə yeni model əsasında keçiriləcək qəbul imtahanlarıyla bağlı sosial şəbəkələrdə bir çox məlumatlar yayılıb.

Abituriyentlər və onların valideynləri ixtisas qrupları üzrə keçid ballarının kəskin şəkildə aşağı düşəcəyini və şagirdlərin zəif nəticə göstərəcəklərini iddia edirlər. Onların sözlərinə görə, bu barədə onlara müəllimlər tərəfindən məlumat verilib

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, formalaşacaq keçid balları müsabiqədən əvvəl məlum ola bilməz.

Məlumatda qeyd olunub ki, keçid balı müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır. Bu haqda indidən proqnoz vermək mümkün deyil.

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub. Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları