Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 17:20:56
Ağdam məcburi köçkün məktəbində Dövlət Bayrağı günü keçirilib

Tarixin özü qədər qədim ölkənin, millətin müasir tarixinin ən önəmli hadisəsinə - müstəqillik yolundakı mübarizəsinə şahidlik edən bayrağımız bü günlərdə daha möhtəşəm, daha şərəflə dalğalanır - Dövlət Bayrağı Günü qeyd edilir. Ölkənin hər yerində bu münasibətlə tədbirlər keçirilir.

AzEdu.az xəbər verir ki, bu gün Ağdam rayon 58 saylı məcburi köçkün ümumi orta məktəbində də 9 Noyabr- Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq milli qürurumuzdur” adlı tədbir keçirilib.  II-IV azkomplektli sinifin rəhbəri ibtidai sinif müəllimi Samir Abbaslının təşkil etdiyi tədbir dövlət himninin səslənməsi ilə başlanıb.  O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək Dövlət Bayrağı günü haqqında məlumat verib. Bayraq sözünün etimologiyası, Ulu Öndər Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasət, Azərbaycan bayrağının keçdiyi tarixi yol haqqında qısa məlumat verilib. Bayrağın dövlət suverenliyimizin rəmzi, milli dəyərimiz olduğu bildirilib. Onun yaranma tarixi, üzərindəki rənglərin anlamı və 2010-cu il sentyabr ayının 1-də Bakıda Dövlət Bayraq meydanında dünyanın ən böyük bayrağının dalğalanmasından danışılıb. Bildirilib ki, Prezident İlham Əliyevin 2009 - cu il noyabrın 17- də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncamından sonra  noyabrın 9-u Dövlət Bayrağı günü qeyd olunur.

Tədbir zamanı şagirdlər vətənpərvərlik ruhunda şeirlər söyləyib, səhnəciklər təqdim edib, mahnılar ifa ediblər.

Qeyd edək ki, gənc müəllim Samir Abbaslı mütəmadi olaraq tədbirlər təşkil edir, şagirdlərinə bilik veməklə yanaşı onların məktəbin ictimai-siyasi həyatında da fəal iştirakını təmin edir. Gənc müəllimə pedaqoji fəaliyyətində uğurlar diləyirik.