Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 17:15:00
Meksikalı aktyorlar ADU-nun tələbələri ilə görüşüblər

Meksikalı aktyorlar Azərbaycan Dillər Universitetində (ADU) ispan dili üzrə təhsil alan tələbələrlə görüşüblər.

ADU-dan AzEdu.az-a bildirilib ki, tədbirdə ispan dilində musiqinin müşayiəti ilə qədim Meksika ənənələri tələbələrə nümayiş olunub. Sonda tədbir iştirakçılarına Meksika rəqsləri öyrədilib.

Görüş Meksikanın ölkəmizdəki səfirliyi ilə ADU-nun İspan Dili Mərkəzi arasındakı əməkdaşlığa əsasən keçirilib.