XƏBƏRLƏR

08.11.2018 16:44
İngilis dili fənni üzrə buraxılış imtahanının proqramı – Minlərlə şagirdin gözlədiyi bilgi

2008/2009-cu tədris ilindən Azərbaycan Respublikasının ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq edilir.Bu proqramlar əsasında hazırlanan dərsliklərdən istifadə olunur.

2019-cu ildə IX sinfi bitirənlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını yeni təhsil proqramı və yeni dərsliklərə uyğun hazırlanan proqramlar əsasında verəcəklər.

Proqram V-IX siniflərin tədris materialları əsasında hazırlanıb.

İmtahanda yeni fənn kurikulumunun Xarici dil fənni üçün müəyyən etdiyi 3 (“Dinləyib-anlama”, “Oxu”, “Yazı”) məzmun xəttinə aid  bilik və bacarıqlar yoxlanılacaq.

AzEdu.az  “Abituriyent” jurnalının xüsusi buraxılışına istinadən, İngilis dili fənni üzrə buraxılış imtahanının proqramını təqdim edir:

Fonetika                                  

İngilis dilinin hərf və səs tərkibi, səs-hərf münasibəti, sözlərdə səs tərkibi ilə hərf tərkibinin bir-birinə uyğun gəlməməsi halları. Hərf və hərf birləşmələrinin oxunuş qaydaları. Uzun və qısa sait səslər, monoftonqlar və diftonqlar, kar və cingiltili  samit səslər, açıq və qapalı heca, vurğu.

Leksika

Sözün leksik və qrammatik mənaları,sözlərin quruluşca növləri: sadə, düzəltmə, mürəkkəb sözlər. Təkmənalı, çoxmənalı sözlər,sinonimlər,antonimlər.

Sözdüzəltmə. isim düzəldən suffikslər:-er, -ment, -tion (sion), -ness, -ity, -ing, -th, -dom, -ship və s.

Sifət düzəldən suffikslər: -less, -ful, -able, -y, -ly(a weekly newspaper), -ous, -ish və s.

Qrammatika.Morfologiya

İsim (The Noun)

Maddi isimlər, sayılan və sayılmayan isimlər.İsmin halları:ümumi hal və yiyəlik hal.Canlı varlıqları bildirən isimlərin yiyəlik halının düzəldilməsi.Canlı və cansız  varlıqları bildirən isimlərin yiyəlik halının  of sözönüsü ilə ifadə edilməsi. Tək və cəm isimlər, yalnız cəmdə işlənən isimlər(sayılmayan), cəm forması xüsusi qayda ilə düzələn isimlər (a man-men, a child-children, a mouse-mice vəs.) Tək və cəm forması eyni olan isimlər.

Artikl (The Article)

Qeyri –müəyyənlik (a, an) və müəyyənlik (the) artiklları.Artiklların işlədilmə və işlədilməmə qaydaları.

Sifət (The Adjective)

Sifətin əsas qrammatik xüsusiyy’tləri. Sifətin adi (Positive degree), müqayisə və üstünlük  dərəclərinin düzəldilməsi və işlədilməsi. Müqayisə və üstünlük dərəcələri kökündən dəyişməklə düzələn sifətlər: bad-worse- the worst

(Not) as...as, than, not so...as bağlayıcıları ilə konstruksiyalar.

Say (The Numeral)

 Miqdar və sıra sayları.Sıra saylarının düzəldilməsi. Many, much, little, few, a little, a few, a lot of və s. sözlərinin işlənməsi.

Əvəzlik (The pronuon)

Əvəzliklərin növləri.Şəxs əvəzlikləri, şəxs əvəzliklərinin halları: adlıq halı və obyektiv hal.

Yiyəlik əvəzlikləri:asılı (isimlə işlınən) və müxtəqil (isimsiz işlənən) formaları.

İşarə əvəzlikləri:this, that, these, those

Nisbi əvəzliklər: who, that, which

Qayıdış əvəzlikləri: myself, yourself

Feil(The verb)

To be, to have və to do feilləri, to be feilinin  bağlayıcı feil kimi işlənməsi.

Modal feillər( The modal Verb) və onların ekvivalentləri:can, may, must, to have to, to be able to, should.

İndiki sadə zaman formasının düzəldilməsi və işlədilməsi, keçmiş sadə zaman formasının düzəldilməsi və işlədilməsi, gələcək sadə zaman formasının düzəldilməsi və işlədilmısi.

İndiki davamedici, keçmiş davamedici zaman formalarının düzəldilməsi və işlədilməsi.

İndiki bitmiş, keçmiş bitmiş zaman formalarının düzəldilməsi və işlədilməsi.

Feilin məchul növü.The present indefinite, the past indefinete, the future indefinete, the present perfect və the past perfect məchul növdə işlədilməsi.

Feilin əmr şəklinin  düzəldilməsi və işlədilməsi. Feilin şəxsiz (təsriflənməyən) formaları: məsdər, feili sifət, Cerund, feili isim-onların düzəldilməsi və işlədilməsi.

Sözönü (The Preposition)

Məkan (in, on, under vəs.), istiqamət (to,into,out of vəs.), zaman (on,at,in və s.) bildirən sözönüləri.

Bağlayıcı (The Conjunction)

Tabesiz və tabeli bağlayıcılar (because, as. If, so, and, both... and, neither... nor, either... or və s.)

Sintaksis (Syntax)

Sadə cümlə, nəqli cümlə,sual cümləsi(ümumi, xüsusi və seçmə suallar), əmr cümləsi.Cümlə üzvləri, baş və ikici dərəcəli üzvlər, xəbərin mübtəda ilə uzlaşması.There formal sözü ilə başlanan cümlələr. Mürəkkəb tamamlıq, sadə  cümlədə söz sırası, şəxsiz cümlələr, mürəkkəb cümlə, tabesiz və tabeli mürəkkəb cümlələr.