Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 12:21:00
Müəllif bunu nəzərə almasa, onun yazdığı dərslik sayılmayacaq” –  Ən ciddi problem

“10 il bundan öncəki dərsliklərlə mövzuları sərbəst öyrənib mənimsəmək mümkün idi. İndiki dərsliklərlə isə heç bir şagird sərbəst oxuyub anlamaq iqtidarında deyil. Mütləq müəllimə müraciət etməli olur”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Əməkdar müəllim Almaz Həsrət deyib. O, dərsliklərdəki yanlışlardan danışarkən bilidirib ki, onlar müəllif heyəti tərəfindən yoxlanılır, yalnız ekspert qurupunun rəyindən sonra çapa verilir:

“İki yoxlanışdan sonra yenə də dərslikdə qüsur varsa, bu, çox təəssüfedici məqamdır. Belə olmamalıdır. Dərslik şagirdin qarşısına çıxırsa, onda nə texniki, nə də mexaniki səhvdən söhbət gedə bilməz. Şagird onu tam dürüst, elmi səhvlərdən təmizlənmiş halda görməlidir.

10 il bundan öncəki dərsliklərlə mövzuları sərbəst öyrənib mənimsəmək mümkün idi. İndiki dərsliklərlə isə heç bir şagird sərbəst oxuyub anlamaq iqtidarında deyil. Mütləq müəllimə müraciət etməli olur. Dərs vəsaiti elə hazırlanmalıdır ki, şagird onu sərbəst dərk edə bilsin. Uzağı ən çətin termin, anlaşılmaz cümləni başa düşməyə bilər”.

Onun fikrincə, məzmundan asılı olmayaraq kitabda səhvin olması qəbuledilməzdir:

“Bu, məktəblilərin nitq mədəniyyətinin formalaşması, biliklərinin genişlənməsinə mənfi təsir göstərir.

Bəzən, görürsən ki, kitabda hansısa ölkənin paytaxtı yanlış yazılıb. Uşaq da dərsi danışanda səhv edib kitabdakını deyir. Hamı onun səhvinə reaksiya verəndə şagird kitabı əsas gətiri. Bu isə onun psixoloji durumuna mənfi təsir göstərir. O, pərt olur və stres keçirir”.

Almaz xanım qeyd edib ki, belə halların qarşısı mütləq alınmalıdır. Bunun isə yalnız bir yolu var:

“Qalib elan edilən dərslik Təhsil Nazirliyinin saytında ictimai rəy əsasında müzakirəyə verilməlidir. İctimai rəyə verilən dərsliklər isə ən azı iki ayrı-ayrı müəlliflərin olmalıdırlar. Hələ qalib olmayan dərsliklər ictimai rəy əsasında müzakirədə topladıqları bal və ya nöqsanları nəzərə alınaraq qiymətləndirilməlidirlər. Ən yüksək nəticə göstərən dərsliyi qalib elan etmək lazımdır. Həmin qalib olan dərslik də yoxlanmaq üçün yenidən ekspertlərə təhvil verilməlidir. Bu ekspertizanı həyata keçirənlər terminləri dərk edən mütləq ixtisas sahibi olmalıdırlar. Ekspert şagirdin yaş səviyyəsini nəzərə alan psixoloq kimi olmasa, o dərslik dərslik sayıla bilməz.

Bu neqativliyin qarşısını almaq məqsədilə dərsliklərin yazılması üçün ayrıca mərkəz yaradılmalı, orada əsl mütəxəssislər yetişdirilməli, dərsliklərin hazırlanmasına cəlb edilməlidirlər. Yalnız bundan sonra müsbət nəticə haqda danışmaq olar”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları