Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 16:44:00
“İnanırıq ki, elmi işçilərin maaşı 10-20 faiz arta bilər” – Akademiklərin büdcə məmnunluğu

Müxbir, həqiqi üzvlərin əmək haqları noyabrın 1-dən artıb. Elmi xərclər qalxıbsa, gələn ilə digər elmi işçilərin də əmək haqları  da artar”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı AMEA-nınİqtisadiyyat İnstitutunun şöbə müdiri, akademik Qorxmaz İmanovdeyib.

O, elmə ayrılan vəsaitin hansı istiqamətdə xərclənməsinin daha faydalı olması ilə bağlı da fikirlərini bildirib:

“Elmə ayrılan xərclər daha çox Elmin İnkişaf Fondu istiqamətində yatırılsa, yaxşı olar. Çünki fond  elm istiqamətində layihələri qiymətləndirir, daha ətraflı yoxlanılır, sonra  pul ayrılır. Belə elmi işləri yerinə yetirənlər də respublikanın  qabaqcıl alimləri olur. Gözübağlı hər şeyə pul vermək olmaz. Verilən pulun effekti, nəticəsi olmalıdır. Elə bil, sual  verirsiniz ki, nə vaxt bizdə robot olacaq?Hər adama da robot düzəltməyə pul vermək olar?”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” nin sədri, akademik  Adil Qəribov bildirib ki,  vəsait əsasən, AMEA-ya ayrılır:

“Yaxşı olar bu vəsait yeni, perspektiv, dünyada inkişaf etmiş həm elm sahələrinin inkişafına, həm kadr hazırlığına sərf olunsun. Yəqin ki, o cür də xərclənəcək”.

Akademik alimlərin maaşı ilə bağlı da danışıb:

“Bununla bağlı cənab prezidentin sərəncamı yoxdur. Amma akademiklərin əmək haqqı  yüksəlib, noyabrın 1-dən 2000 manat olub. Yəqin  ki, il boyu elmi işçilərin də maaşında 10-20% artım olar. Əlbəttə birdən hər kəsin maaşını yüksəltmək qeyri-mümkün olar. Hər halda son illərdə akademiyada köklü dəyişikliklər aparılır. Yəqin ki, daha çox perspektivli, lazımlı sahələrin inkişafına istiqamətlənib. Çünki cənab prezident də akademiyanın  70 illiyində çıxışında da dedi ki, elm  respublikanın iqtisadi təhlükəsizliyinə xidmət etməlidir. Bu  prinsipi nəzərə alaraq, bu istiqamətdə hansısa işlər aparılacaq. Məncə, akademiya rəhbərliyi də bu cür istiqamət götürüb. Əlbəttə, büdcə təsdiq olunub, orada hər bir detallar nəzərdə tutulubsa, bunları kəskin şəkildə dəyişmək də mümkün deyil. Çünki  büdcə təsdiq olunmamışdan əvvəl təkliflər alınır. Ona görə nə akademiya, nə də kimsə inqilabi dəyişiklik edə bilməz.  Hər halda akademiyada yeni cihazqayırma qrupları yaradılır, gənclər xaricdə doktorantura təhsili almağa  göndərilir.  Onlar üçün şərait yaradılır. Elmdə birdən inqilab baş vermir.  Bunun əsas bazası, elmi işlərin getməsi üçün birinci beyindir. İndi də çox düzgün istiqamət götürülüb və düzgün inkişaf gedir. Ümid edirəm ki, ayrılan vəsait elm və xalqımızın  gələcək rifahına xərclənək”.

Qeyd edək ki, Maliyyə Nazirliyinin təqdimatında 2019-cu il üçün dövlət büdcəsindən elmə 133.5 milyon manat ayrılacağı nəzərdə tutulub.