Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 16:28:28
BDU-nun geriləməsi, 700 balların incikliyi, naməlum təhsil qurumları – Prorektorun “...Amma və lakin”i...

AzEdu.az  “...Amma və lakin…” rubrikasına start verir. Bu rubrikada qonaqlarımız onlara təqdim olunan cümlələri tamamlayacaqlar.

Çünki həyatda hər şeyin bir əmması var... Təhsildə də bu gün bir çox uğurlu işlərin şahidi oluruq... Amma və lakin...

Bunu  rubrikanın ilk qonağı - Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov desin:

Elçin müəllim,

...Azərbaycandan xaricə üz tutub təhsil alan bir sıra gənclərimiz peşəkar kadr kimi yenidən vətənə qayıdırlar, amma və lakin…

burada dövlət qurumlarında təklif olunan maaş orda aldıqları təqaüddən az olduğu üçün daha çox özəl sektorlara can atırlar;

Hər il Azərbaycanda Elmin İnkişafı Fonduna müəyyən qədər pul ayrılır, amma və lakin...

layihələrin rentabilliyi ölçülsə, çox yaxşı olar;

Hazırda inkişaf etmiş ölkələrdə əhali distant təhsildən yararlanır, amma və lakin

distant təhsil verən qurumlar dəqiq araşdırılmalıdır. Çünki bəzən, reklamı güclü təhsili zəif olan qurumların mövcudluğunu müşahidə edirik.

“Facecook” və bu kimi sosial şəbəkələr tələbə-müəllim kütləsinin sosiallaşması üçün ideal vasitədir, amma və lakin…

bu şəbəkələrdə həddindən artıq vaxt keçirməmək şərti ilə.

Bakı Dövlət Universiteti Azərbaycanın ən qabaqcıl elm və təhsil mərkəzi hesab olunur, amma və lakin…

dünyanın ən reytinqli 500 universitetindən geri qalır;

“Qafqaz” Universitetinin adı və statusu “Bakı Mühəndislik Universiteti”-ə dəyişdirildi. “Qafqaz”dakı uğurlu təhsil sistemi BMU-da müşahidə edilir, amma və lakin…

iki ildir ki, ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayan tələbələr BMU-nu seçməyə tərəddüd edir.