Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 14:40:30
Azərbaycan dili  üzrə buraxılış imtahanının proqramı – Bütün XI-lərin diqqətinə

2019-cu ildən qəbul imtahanları kurikulum standartları əsasında təşkil olunacaq. İmtahan sistemi ilə yanaşı, fənlər üzrə proqramlarda da müəyyən dəyişikliklər müşahidə olunur.

XI sinfi bitirənlər ilk dəfə olaraq tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını kurikulum və yeni dərsliklərə uyğun hazırlanan proqram əsasında verəcəklər.

AzEdu.az  “Abituriyent” jurnalının xüsusi buraxılışına istinadən, Azərbaycan dili fənni üzrə buraxılış imtahanının proqramını təqdim edir.

Proqram əsas etibarilə 3 məzmun xətti (Oxu, Yazı, Dil qaydaları) üzrə alt standartların yoxlanılması və qiymətləndirilməsi üçün verilmiş materialları əhatə edir.

Fonetika:

Danış səsləri, saitlərin və samitlərin növləri,saitlərin uzun tələffüzü,alınma sözlərdə “o” saitinin “a”kimi tələffüzü,söz sonunda “b”, “e”, “d”, “g” samitlərinin tələffüzü, “K” və “Q” samitlərinin yazılışı və tələffüzü,qoşa samitlə bitən təkhecalı sözlər, qoşasamitli sözlərin tələffüzü,sözün hərf və səs tərkibi.

Leksika:

Sözün leksik və qrammatik mənası,sözün məcazi mənası,frazoloji birləşmələr, çoxmənalı sözlər,omonimlər, sinonimlər,antonimlər, terminlər,arxaizmlər,etimologiya.

Sözün tərkibi:

Kök və şəkilçi,leksik və qrammatik şəkilçilər,sözün başlanğıc forması,şəkilçilərin vairantları,bir cür yazılan şəkilçilər,sözönü şəkilçilər.

Söz yaradıcılığı:

Qruluşuna görə sözlərin bir-birindən fərqləndirilməsi, düzəltmə sözlər, eyniköklü sözlər,mürəkkəb sözlər, bitişik və defislə yazılan mürəkkəb sözlər. Sözün tərkibinə görə təhlili.

Marfoligiya - Əsas və köməkçi nitq hissələri:

İsim. Onun əşya adı bildirməsi, konkret və mücərrəd isimlər, ümumi və xüsusi isimlər. tək və cəm isimlər, toplu isimlər və onların cəm isimlərdən fərqi, ismin quruluşca növləri, düzəltmə isimlər.mürəkkəb isimlər və onların yazılışı. Bitişik və defislə yazılan mürəkkəb isimlərin yazılışı, mürəkkəb isimlərin yaranma yolları.

İsmin halları, qeyri müəyyənlik bildirin yiyəlik, təsirlik hal. Yönlük halda olan bəzi sözlərin tələffüzü. Çıxışlıq hal şəkilçilərinin bəzən fərqli tələffüz olunması. İsmin mənsubiyyətə görə dəyişməsi, “Mənbə”, “mövqe”, “mənafe”, “tale”, “mənşə” sözlərinin mənsubiyyətə görə dəyişməsi, bəzi ikihecalı isimlərin kökündə saitin düşməsi, xəbər şəkilçiləri.

Sifət:

Sifətin əşyaya aid əlamət və keyfiyyət bildirməsi, sifətin quruluşca növləri, düzəltmə sifətlər, mürəkkəb sifətlər və onların yazılış qaydaları. Mürəkkəb sifətlərin yaranma yolları, sifətin dərəcələri.

Say:

Sayın əşya ilə bağlı miqdar və sıra bildirməsi, sayın mənaca növləri, miqdar saylarının növləri,sayın quruluşca növləri, miqdar saylarında şəkilçilərin yazılışı, sıra saylarının yazılışı. Mürəkkəb sayların yazılışı, saylarla işlənən isimlərin təkdə və cəmdə olması.

Əvəzlik:

Əvəzliyin əsas nitq hissələrinin yerində işlənməsi, əvəzliyin mənaca növləri, “o”, “bu”əvəzliklərindən sonra vergülün işlənməsi, əvəzliyin quruluşca növləri.

Feil:

Əşyanın hərəkət bildirməsi, təsdiq və inkar feillər, feilin şəxsə görə dəyişməsi,feilin quruluşca növləri,düzəltmə feillər,mürəkkəb feillər, feilin şəkilləri,feilin zamanları, feilin şəkillərində onların yazılışı və tələffüzü,feilin qrammatik məna növləri, “idi”, “imiş”, “isə” hissəcikləri, “idi”, “imiş”, “isə” hissəcikləri və keçmiş zaman şəkilçiləri, bu hissəciklərin yazılışı və tələffüzü, “isə” və felinin şərt şəkli, feilin təsriflənməyən formaları

Zərf:

Zərfin quruluşca və mənaca növləri,həm zərf, həm də digər nitq hissələri kimi işlənən sözlər.

Köməkçi nitq hissələri – Qoşma:

Qoşmanın qrammatik məna çalarları yarada bilməsi, qoşmaların deyilişi və yazılışı.

Bağlayıcı:

Bağlayıcı cümlə üzvləri və cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsi kimi. Bağlayıcıda vergülün işlənməsi, mürəkkəb bağlayıcılar və onların yazılışı.

Ədat:

Ədatın cümlədə fikrin təsirli olmasına kömək edən köməkçi nitq hissəsi olması. Ədatlatın orfoqrafiyası, bitişik və ayrı yazılan ədatlar, təsdiq və inkar bildirən ədatlarla vergülün işlənməsi.

Nida:

Nida hiss-həyəcan bildirən köməkçi nitq hissəsi kimi. Nidalarda vergül və nida işarəsinin işlənməsi, əsas və köməkçi nitq hissələrinin omonimliyi,köməkçi nitq hissələrinin bir-biriylə omonimliyi,köməkçi nitq hissələrinin omonimliyi. Bəzi bağlayıcı və ədatların müəyyən şəkilçilərlə fərqləndirilməsi.

Sintaksis -  Söz birləşməsi:

Söz birləşməsinin quruluşu. Mürəkkəb adlar və onların yazılışı, söz birləşmələrinin əsas və asılı tərəfləri,əsas tərəfə görə söz birləşmələrinin növləri,ismi birləşmələr və onların növləri, ismi birləşmələrin yaranmasında yiyəlik hal və mənsubiyyət şəkilçilərinin rolu, təyini söz birləşmələri, feli birləşmələr və onların növləri, məsdər, feli sifət və feli bağlama tərkibləri, siktaktik əlaqələr və onların növləri. Tabesizlik, tabelilik, uzlaşma,idarə, yanaşma əlaqələri. Cümlənin qrammatik əsası.

Mübtəda:

Mübtədanın ifadə vasitələri.

Xəbər:

Xəbərin ifadə vasitələri, feli xəbər, ismi xəbər. Suala cavab verməyən “var”, “yox”, “lazım”, “mümkün” və s. kimi sözlərin xəbər kimi işlənməsi,“deyil” sözünün adlara qoşulması ilə yaranan ismi xəbərlər. Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması.

Cümlənin II dərəcəli üzvləri- Tamamlıq

Vasitəli, vasitəsiz tamamlıqlar, Tamamlıq və idarə əlaqəsi,tamamlığın ifadə vasitələri.

Təyin:

Təyinin bütün cümlə üzvlərinə aid olması, təyin və yanaşma əlaqəsi, təyinin ifadə vasitələri.

Zərflik:

Zərfliyin əsasən feli xəbərə aid olması,zərfliyin mənaca növləri, zərfliklə xəbər arasında yanaşma və idarə əlaqəsi, zərfliyin ifadə vasitələri.

Həmcins üzvlər:

Bütün cümlə üzvlərinin həmcins ola bilməsi, həmcins və qeyri-həmcins təyinlər,həmcins üzvlərdə tabesizlik əlaqəsi,həmcins üzvləri bir-birinə bağlayan vasitələr,həmcins üzvlərdə qrammatik şəkilçilərinin ixtisarı,həmcins üzvlərdə ümumiləşdirici sözlər, ümumiləşdirici sözlərdə durğu işarələrinin işlənməsi.

Söz sırası- Əlavələr:

Əlavələrdə tire və vergül işarəsinin işlənməsi, qrammatil cəhətdən cümlə üzvləri ilə əlaqəyə girməyən sözlər.

Xitab:

Xitablarda vergülün işlənməsi.

Ara sözlər:

Ara sözlərdə vegülün işlənməsi.

Cümlə, söz cümlə, söz cümlənin ifadə vasitələri, Cümlənin quruluşca növləri.

Mürəkkəb cümlə:

Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayan vasitələr, tabeli mürəkkəb cümlələr, baş və budaq cümlə. Tabeli mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayan vasitələr.Tabeli mürəkkəb cümlədə vergül işarəsinin istifadə olunması, tabeli mürəkkəb cümlədə bağlayəıcı sözlər,vasitəsiz nitq, vasitəsiz nitqdə durğu işarələri.

Vasitəli nitq:

Dil, yazı, nitq, durğu işarələri.

Dilin üslubi imkanlarının təzahür formaları - funksional və bədii üslüb:

Bədii üslubun xüsusiyyətləri,sözün poetik funksiyası,elmi üslübun xüsusiyyətləri,sözün terminoloji funksiyası, publisistik, rəsmi-işgüzar və məişət üslubunun terminoloji funksiyaları, xülasə, sitat, tezis.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları