Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 10:32:00
Dövlət qulluğu imtahanında iştirak edənlərdən 667 nəfəri uğur qazandı

28 oktyabr 2018-ci ildə inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilmiş imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında növbəti statistik məlumatlar verilib.

AzEdu.az xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1087 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir.

İmtahan iştirakçıları və onların nəticələri haqqında növbəti statistik göstəriciləri təqdim edirik.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1087 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 555 nəfər imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlərdən 369 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.

Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla  işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin  sayı 54 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 22 nəfər imtahandan uğurla keçmişdir. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha  yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla  işə qəbul edilən şəxlərdən isə 264 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 74 nəfər müvəffəqiyyət əldə edib.

İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 51 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş və onlardan 16 nəfər uğur əldə edib.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 667 nəfəri (45.8%) müvəffəqiyyət əldə edib.

Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Hazırda  15 oktyabr və 5 noyabr tarixlərində elan olunmuş müsahibələr üzrə qeydiyyat davam edir.