Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-06 14:00:00
"Öz mənasız vaxt öldürmənizi niyə doğma dilimizdə gerçəkləşdirmirsiniz?" - Fazil Mustafa

“Ötən həftə bütün dilsevərlərimiz elliklə düşdü xarici işlər nazirimiz Elmar Məmmədyarovun üstünə ki, Azərbaycan türkcəsində bərbad danışır. Əlbəttə, bir nazirdən tələb olunun ilk məsələ peşəkarlıq, ikincisi isə təmsil etdiyi dövlətin dilini yaxşı bilməsidir. Ancaq "dil bilmək" tələbi səsləndirilən cəmiyyətdə daha aktual sual o olmazdı ki, "Azərbaycan türkcəsini yaxşı bildiyini iddia edən mütləq çoxluğun, neçə faizi Azərbaycan türkcəsində, habelə başqa dillərdə günlük mütailə edir?"”.

AzEdu.az xəbər verir ki, bunu deputat Fazil Mustafa öz sosial şəbəkə hesabında qeyd edib. Deputat həmçinin ölkədəki dil probleminə də toxunub:

“Parklarda, çayxanalarda əksər ahıllarımız domino-nərd fəlsəfəsini oxuyurlar, həm də doğma ana dilimizi farsın dilinə bulaşdırıb "pənc-cahar", "şeş qoşa" deyibən şövqlə çığırırlar. Bir adam niyə yaxınlaşıb demir ki, öz mənasız vaxtöldürmənizi niyə doğma dilimizdə gerçəkləşdirmirsiniz?

Evdar-işdar qadınlarımızın çoxu hind-türk-braziliya seriallarının, öz milli dilimizdə ruhumuzu oxşayan milli şoularımızın fəlsəfəsini təhlil edirlər. İndi də xeyli sosial şəbəkə, instaqram tüfeyliliyi, internet oyun narkomanlığı baş alıb gedir, bu durumda bioloji varlığına görə Azərbaycan türkcəsinin danışmalı olan çoxluğun dil təəssübkeşliyini bu qədər qabartmasının bir anlamı qalırmı?”.