"Gənc müəllim mən" rubrikasında müəllimlər fəaliyyətləri barədə qısa videolar yollaya bilərlər.
Rubrikanın ilk videosu Seymur Hacıyev haqqındadır. O, hazırda Şəmkir rayon, Düyərli kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Əslən Daşkəsən rayonundandır. Pedaqoji fəaliyyətə 2011 ci ildə Daşkəsən rayon, Çanaxçı kənd tam orta məktəbindən başlayıb.