Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-05 09:00:00
Super kompüter insan şüurunun sirlərini çözəcək – Elmi inqilab

 Ən yeni beyin - super-kompüter insan şüurunun sirlərini çözməyə hazırlaşır.

İnsan beyninin çalışmasını imitasiya edəcək nəhəng kompüter artıq hazırdır. 12 ilə hazırlanan kompüter 15 milyon funt sterlinqə başa gəlib.

AzEdu.az xəbər verir ki,  SpiNNaker adı verilən bu fantastik bilgisayar İngiltərənin Manchester Universitetində yaradılıb. Milyon ədəd prosessor  "əl-ələ verib" saniyədə 200 trilyon (!) əməliyyat yerinə yetirəcəklər.

Nəticədə, SpiNNaker insan beyninin neyronlarını özünə qədərki bütün super kompüterdən daha yaxşı modelləşdirə biləcək.

Manchester Universitetindən Kompüter mühəndisliyi üzrə mütəxəssis, professor Steve Farber "Biz əslində ənənəvi kompüter kimi yox, daha çox insan beyni kimi çalışan maşın icad etmişik" deyir və arxasınca da əlavə edir: "Nəhayi məqsədimiz milyonlarla nüvəni bir kompyuterdə birləşdirib real zaman dilimində insan beynini modelləşdirmək idi. Bunu bacardıq, bu, sadəcə olaraq fantastikadır".

SpiNNaker kompüterinin əsasında ingilis alimlər süni intellektə sahib Spomnibot robotunu yaratmağı planlayırlar.

SpiNNaker neyron stimulyator kimi çalışmaqla mühəndislərə yeriyən, hərəkət edən və danışan mobil robotlar hazırlamaq üçün böyük neyron şəbəkələr yaratmağa kömək edəcəklər.

Qeyd:  Materialın xarici mənbədən tərcüməsi tanınmış jurnalist İbrahim Nəbioğluna aiddir.