Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-04 14:55:00
"Tədris bitməmiş buraxılış imtahanı keçirmək nə dərəcə doğrudur?" -Mütəxəssisdən İRAD

"Müəllim heyətinin haqlı narazılıqlarından biri də tədris bitməmiş şagirdlərin buraxılış imtahanına getməsidir. İmtahandan sonra abituriyentin həmin dərsə olan davamiyyəti və marağı azalacaq"

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elxan Nəcəfov deyib. Onun sözlərinə görə, tədris proqramı bitməmiş buraxılış imtahanı keçirmək doğru deyil:

"Buraxılış imtahanlarının keçirilməsi üçün nəzərdə tutulan tarix mart və ya aprel aylarıdır. Bu isə tədrsin bitməsindən ən azı bir ay əvvələ uyğun gəlir. Xüsusilə müəllim heyətinin haqlı narazılıqlarından biri də tədris bitməmiş şagirdlərin buraxılış imtahanına getməsidir. İmtahandan sonra şagirdlərin həmin dərsə olan davamiyyəti və marağı azalacaq. 

Məsələyə həm də bu baxımdan yanaşmaq olar ki, mart-aprel aylarında keçirələcək buraxılış imtahanından sonra xüsusilə xarici dil fənnindən şagirdin fəaliyyətinin qiymətləndirilməsi praktiki əhəmiyyətini itirəcək. Çünki xarici dil fənni qəbul imtahanları üçün nəzərdə tutulmuş heç bir ixtisas blokunda yoxdur".

Xatırladaq ki, XI siniflər üzrə yeni model buraxılış imtahanlarının aprel ayında keçirilməsi nəzərdə tutulub. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları