Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-04 10:39:00
Əkizlər eyni sinifdə oxumalıdırmı?

Əkiz uşaqlara sahib olan ailələrin məktəblə bağlı düşündürən ən vacib mövzulardan biri də, “əkizlər bir-birindən ayırmalıdırmı?” sualıdır.

Uşaqların sosial bacarıqları baxımından vacib yer tutan məktəb, uşağın müəllimləri və dostları ilə əlaqədə olduğu məkandır.

AzEdu.az mütəxəssislərin bu mövzuda fikirlərini təqdim edir:

Əkizlərin bir-biri ilə münasibəti digərlərindən fərqlənir, onların bir-birinə olan bağlılığı daha güclüdür. Bir-birindən ayrı qalmaq özlərinə qapanmalarına səbəb ola bilər. Eyni sinfə getmələri daha məqsədə uyğundur. Ancaq, nə qədər bir-birilərinə bağlı olsalar da, öz fərqliliklərini tapıb, fərq kimi formalaşmaqlarına diqqət etmək lazımdır. Bu baxımdan fərqli siniflərdə oxumaları daha düzgündür.

Eyni sinifdə onların bir-biri ilə müqayisə edilməsi, əkizlərdə çatışmazlıq və kopleks yarada bilər. Bunlardan əlavə, çətinliyə düşdükdə bir-birinə arxalanan əkizlər, digər uşaqlara qarşı məsafələrini qoruyacaqlar. Dostluq qurma bacarıqları inkişaf etməyəcək.(bagcam.az)