XƏBƏRLƏR

03.11.2018 14:03
Gənclərin xaricdə təhsilinə 6.3 milyon manat ayrılıb

Məktəbəqədər təhsil müəssisələrində ərzaq təminatının yaxşılaşdırılması üçün növbəti ilin dövlət büdcəsində əlavə olaraq 47 milyon manat vəsait nəzərdə tutulub.

AzEdu.az xəbər verir ki, bu haqda Maliyyə Nazirliyinin 2019-cü il üzrə təqdimantında yer alıb.

Əlavə təhsil müəssisələrində yanğından  mühafizə tədbirlərinin  gücləndirilməsi  və bu sahə üzrə maddi  texniki  təminatın yaxşılaşdırılması üçün növbəti ilin dövlət büdcəsində müvafiq məbləğ də vəsait nəzərdə tutulub.

Təhsil xərcləri üçün ayrılan vəsaitin 288.2 milyon manatı  və ya 12.7 faizi  bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə ayrılıb.

Bundan başqa 169.5 milyon manatı ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə bağlı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura pillələri üzrə xərclərə, 33.9 milyon manat dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılmasına, 21.5 milyon manat isə Azərbaycan Respublikasında  təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclərə ayrılıb.

Şagirdlərin pulsuz  dərsliklərlə təmin olunması üçün 18.1 milyon manat, “UFAZ” layihəsinin həyata keçirilməsi üçün 6.5 milyon, Azərbaycan gənclərinin xaricdə təhsil xərclərinin maliyyələşdirilməsinə 6.3 milyon,1.5 milyon manat isə “SOS-Uşaq kəndləri-Azərbaycan” Assosiasiası üzrə tədbirlərin  maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Təqdimatda təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələr üçün 1 milyon,  xarici ölkələrin ali təhsil və elmitədqiqat müəssisələrində  Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı  tədqiqatların təşviqi üzrə xərclərə də eyni məbləğ ayrıldığı qeyd olunub.

Ümumi məbləğdən 0.2 milyon manatı isə xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin  təşkili üzrə tədbirlərin maliyyə təminatına ayrılıb.

Bu bölməyə aid digər xəbərlər BÜTÜN XƏBƏRLƏR