Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-03 13:43:00
Təhsil işçiləri innovativ pedaqoji texnologiyalar barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) “İnnovativ pedaqoji texnologiyalar” mövzusunda növbəti seminar keçirilib.

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib.

ARTİ-nin direktor müavini, pedaqoji elmlər doktoru Ənvər Abbasov seminarda təhsil, təlim və pedaqoji texnologiyalar, onların qarşılıqlı əlaqəsi və fərqləri, pedaqoji texnologiyaların prinsipləri və s. haqqında məlumat verib. Şagirdlərlə müəllimlər arasında vacib olan pedaqoji ünsiyyətin mahiyyəti və reallaşdırma üsulları barədə söylənən fikirlər təhsil işçilərinin böyük marağına səbəb olub.

Təhsil işçiləri üçün bü cür seminarların ilin sonuna qədər mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulur.