Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-03 13:03:00
İmtahanı himnlə uzlaşdırmaq olmaz 

Dünən parlamentdə himnimizlə bağlı yaşanan dartışma mövzunu hədsiz aktuallaşdırıb. Millət vəkili Zahid Oruc təklif edib ki, dövlət qulluğuna qəbul olunanlar hökmən himni səsləndirməkdən də imtahan versinlər. 

AzEdu.az-ın məlumatına görə, fikirlərini  "moderator.az"la bölüşən millət vəkili Fazil Mustafa qeyd edib ki,  himnlə bağlı həqiqətən də problem var:

"Mənim bir məqaləm olub 5-6 il öncə. "Azərbaycan Himni ilə Türkiyə İstiqlal Marşının semantik yorumu" adlı. Onu yenidən paylaşmaq zərurəti yaranıb. 

Ancaq mən imtahan məsələsini himnlə uzlaşdırmaq istəməzdim. İmtahanda tələb olunan bilikdir. Təbii ki, himni dövlət qulluqçusu bilməlidir, lakin bunu imtahana salmaq imtahanın hədəflərinə uyğun olmazdı. Ancaq bağça və məktəblərdə himnin oxunması ilə  başlamaq faydalıdır və bildiyim qədər bir çox bağça və məktəbdə bu ritual uzun müddətdir ki, tətbiq olunur".