Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-02 12:34:00
"Kodlama ilə Riyaziyyat sabahın tələbidir" layihəsi həyata keçirilir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Kodlama ilə Riyaziyyat sabahın tələbidir" adlı layihəsinin 29 sentyabr 2018-ci il tarixdə Zərdab rayon Təhsil Şöbəsinin iclas zalında layihənin təqdimatı keçirildi.

AzEdu.az xəbər verir ki, təqdimat zamanı rayon məktəblərindən 100-dən cox 9-11 sinif şagirdləri və informatika müəllimləri iştirak edirdi.

Layihənin rəhbəri Aqil Xəlilov çıxış edərək şagirdlərə layihənin keçirilməsi məqsədi barədə geniş məlumat verildi. O, çıxışında şagirdlərə riyaziyyatın və proqramlaşdırmanın birlikdə öyrənilməsinin və gələcək üçün bu sahənin artan önəmini qeyd etdi. Bildirdi ki, layihə müddətində rayon məktəblərindən 9-11-ci sinif şagirdlərindən seçilmiş 40 nəfər şagirdə proqramlaşdırma və alqoritim yazılışında riyaziyyatın əhəmiyyəti öyrədiləcək. Keçirilən təlimlərdə şagirdlərə riyazi məsələlərin həllində proqramlaşdırmanın tətbiqi öyrədiləcək.

Təlimlərin Zərdab rayonunda fəaliyyət göstərən “Gəncliyə Dəstək” İctimai Birliyinin kompyuter kursunda keçiriləcəyini qeyd edən  layihə rəhbəri bildirdi ki, şagirdlər keçiriləcək təlim kurslarına qeydiyyata alınmaları üçün müraciət edə bilərlər. Bundan başqa layihənin təlimlərində iştirakçıların seçilməsi üçün rayon məktəblərindən digər şagirdlər də müraciət edə bilərdi. Layihə rəhbəri Aqil Xəlilov bildirmişdir ki,  təlimlərdə iştirak edə bilməyən şagirdlərin də layihədən yararlana bilməsi üçün yaradılmış veb səhifədə (www.mathcode.az) keçiriləcək təlim tapşırıqlarıyerləşdiriləcəkdir. Daha sonra o, 01.10.2018-ci il tarixdən təlimlərin başlayacağını və təlimlərin 1 ay müddətində davam edəcəyini və sonda təlimlərdə iştirak edəcək şagirdlərə sertfikatların veriləcəyini qeyd edilib.

Təqdimatda layihənin keçirilməsinə təşkilatı dəstək verəcək “Gəncliyə Dəstək” ictimai birliyinin sədri Eldar Xəlilov və layihənin təşkilat komitəsinin üzvi Babək Mikayılov iştirak və çıxış etdilər. Onlar da layihənin əhəmiyyətindən, proqramlaşdırma ilə riyaziyyatın sabahın tələbi olmasından danışdılar və şagirdlərə fəal olmağı, öz təşəbbüsləri ilə müraciət etmələrini tövsiyə etdilər.

Təqdimat zamanı layihə çərçivəsində çap edimiş və  proqramlaşdırmanın təbliğini özündə əks etdirən bukletlər şagirdlərə paylanıb.

Layihə çərçivəsində  01 oktyabr 2018-ci il tarixdən Zərdab rayonunda fəaliyyət göstərən “Gəncliyə Dəstək” İctimai Birliyinin kompyuter kursunda keçirilə 9-11 sinif şagirdlərinin iştirakı ilə təlimlər keçirilmişdir.Keçirilən təlimlərdə şagirdlərlə riyazi məsələlərin həllində proqramlaşdırmanın tətbiqi öyrədilmişdir. Təlimlərdə iştirak edə bilməyən şagirdlərin də layihədən yararlana bilməsi üçün yaradılmış veb səhifədə (www.mathcode.az) keçiriləcək təlim tapşırıqları yerləşdiriləcəkdir. Təlimlər 1 ay müddətində davam etmişdir və sonda təlimlərdə iştirak edən şagirdlərə sertfikatlar verilib.

Bir daha qeyd edək ki, tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində qalib olmuş "Kodlama ilə Riyaziyyat sabahın tələbidir" adlı layihə çərçivəsində həyata keçirilib. Layihənin rəhbəri Xəlilov Aqil Zərdab rayon Yuxarı Seyidlər kənd tam orta məktəbin riyaziyyat müəllimidir.

Layihənin məqsədi şagirdlərdə riyaziyyata olan marağının artırılmasıdan ibarətdir.  Layihənin icra müddəti 3 aydır və Zərdab rayon məktəblərin əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.