Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-21 12:01:07
UFAZ-da Novruz bayramı münasibətilə tədbir keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Novruz bayramı münasibətilə tədbir keçirilib. 


ADNSU-dan AzEDU-ya bildiriblər ki, tədbirdə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov Novruz bayramının xalqımızın əsrlərdən bəri qeyd etdiyi bayramlardan olduğunu diqqətə çatdırıb.

Dosent V.Əsgərov Novruzun insanlara sonsuz sevinc, xoş ovqat bəxş etdiyini vurğulayıb.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı bayram münasibətilə müəllim və tələbələri təbrik edib, onlara təhsildə nailiyyətlər arzulayıb.
UFAZ-ın baş katibi Şarlott Payen Novruzun Azərbaycan xalqının adət-ənənələrini özündə əks etdirən bir bayram olduğunu vurğulayıb.
Sonra maraqlı konsert proqramı nümayiş etdirilib.