Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 17:21:00
“Dilimizə qarşı bu qədər hörmətsizlik olmaz!” – Rus bölməsinin “buraxılış tələbi”nə sərt etiraz

“Ana dilinə qarşi bu qədər hörmətsizlik olmaz. Ölkədə universitetlərə  qədərki  təhsil  ana dilində olmalıdır. Bütün fənlər ana dilində tədris edilməlidirlər”

AzEdu.az xəbər verir ki, bunu şəxsi feysbuk hesabında politoloq Zaur Məmmədov deyib. O rus sektorunda təhsil alan məktəblilərə və onların valideynlərinə irad bildirib:

“Rus sektorunda təhsil alan məktəblilərin və onların valideynlərinin narazılığına baxın! Onlar Azərbaycan dilinin  IX sinif buraxılış imtahanına salınmasına etiraz edirlər. Guya vaxtları yoxdur!

Ana dilinə qarşi bu qədər hörmətsizlik olmaz. Ölkədə universitetlərə qədərki təhsil ana dilində olmalıdır. Bütün fənlər ana dilində tədris edilməlidirlər. Rus və ingilis dilləri həftədə 5 dəfə keçirilməlidirlər. Ana dilimizə hörmət etmək lazımdır. 
Hamı öz ana dilini və tarixini mükəmməl bilməlidir! Şəhərin göbəyində bir - biri ilə rus dilində danışan həmyerlilərimiz nəinki özlərinə, heç dədə- babalarına hörmət etmirlər. Milli mentalitetimizin möhkəmləndirilməsi, tariximizin dərindən öyrənilməsi vacibdir".

Xatırladaq ki, Tədris Azərbaycan dili istisna olmaqla digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər IX və XI sinif üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən də imtahan verəcəklər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları