Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 14:21:00
Buraxılış imtahanları ilə bağlı növbəti seminarlar keçirildi

“Şagird-məzun” dövlət elektron məlumat sistemi və buraxılış imtahanları ilə bağlı növbəti seminarlar keçirilib.

AzEdu.az xəbər verir ki, seminarlarda DİM əməkdaşları tərəfindən şəhər (rayon) təhsil şöbələrinin və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə  buraxılış imtahanlarındakı yeniliklər və bu yeniliklərlə əlaqədar “Şagird-məzun” sistemində edilmiş dəyişikliklər üzrə ətraflı izahat verilib.

22-26 oktyabr 2018-ci il tarixlərində Bakı şəhəri və Dövlət İmtahan Mərkəzinin Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay Regional Bölmələrində 2018/2019-cu tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar yerinə yetiriləcək işlərlə bağlı seminarlar keçirilib.

Seminarlarda DİM əməkdaşları tərəfindən şəhər (rayon) təhsil şöbələrinin və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə buraxılış imtahanlarındakı yeniliklər və bu yeniliklərlə əlaqədar “Şagird-məzun” sistemində edilmiş dəyişikliklər üzrə ətraflı izahat verilib.

Görüşlərdə seminar iştirakçılarının sualları cavablandırılıb və görüləcək işlərin DİM-in təqvim planına uyğun olmasının vacibliyi qeyd edilib.