Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 09:31:00
Paytaxt məktəblərində gənc müəllimlərlə görüşlər davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüşlər keçirilir.

AzEdu.az xəbər verir ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan görüşlərin əsas məqsədi gənc müəllimlərin məktəb mühitinə uyğunlaşmasına təkan vermək, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması baxımından onları istiqamətləndirmək, tədris prosesində ünsiyyət mədəniyyətini yüksəltmək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaqdan ibarətdir.

Görüşlərdə sağlam müəllim-şagird münasibətlərinin tənzimlənməsi, müəllimin etik davranış qaydaları və sinfin idarəolunması ilə bağlı məsələlərə toxunulur, sinif rəhbəri haqqında əsasnamə ilə yaxından tanış olurlar.

Qeyd edilən məsələlərlə bağlı müəllimlərlə fikir mübadiləsi aparılır, milli-mənəvi dəyərlərə yiyələnən, millətini və Vətənini sevən, bilikli gənc nəslin yetişdirilməsində gənc müəllimlərin səylə çalışması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilir. Həmçinin görüşlərdə iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.