Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 09:16:00
Yer kürəsinin yaxınlığından asteroid keçəcək

Noyabrın 11-də Yerdən 38 milyon kilometr aralı 2015 TB145 adı ilə qeydə alınmış asteroid keçəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a  bildirilib ki, bu obyekt 2015-ci il oktyabrın 10-da Pan-STARRS rəsədxanasının teleskopu vasitəsilə kəşf olunub. 20-ci ulduz ölçüsündə müşahidə olunan asteroid “Halloween” bayramında keçdiyi və insan kəlləsinə oxşadığı üçün qeyri-rəsmi olaraq “Halloween” adı ilə tanınıb. Asteroidin diametri 600-700 metr ətrafındadır. Günəşətrafı fırlanma dövrü 1120,794 gün (3,04 il), öz oxu ətrafında fırlanma dövrü isə 5 saatdır.

Havay arxipelaqında yerləşən Mauna-Kea rəsədxanasının infraqırmızı teleskopu vasitəsilə alınmış materiallar əsasında alimlər belə nəticəyə gəliblər ki, bu səma obyekti “ölmüş komet”dir, yəni bütün uçucu maddələrini itirib.