Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-21 18:56:00
Kabil Universiteti yaxınlığında terror: 32 ölü, 52 yaralı - YENİLƏNİB - 3

Kabil Universiteti yaxınlığında törədilən nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

AzEDU-nun "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Səhiyyə nazirliyinin məlumatında deyilir.

Bundan əvvəl 29 nəfərin öldüyü, 52 nəfərin isə yaralandığı bildirilirdi.  Terrorçu-kamikadze özünü  Novruz bayramını qeyd etməyə toplaşan insanların arasında partladıb. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib

20:09

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 29-a yüksəlib. AzEDU "RİA Novosti"yə istinadən xəbər verir ki, yaralı sayı 52 nəfərə çatıb.

13:12

Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib.AzEDU "RİA Novosti"yə istinadən xəbər verir ki, güclü partlayış nəticəsində 26 nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

Qeyd edilir ki, partlayış Kabil Universitetinin yaxınlığında insanların Novruz bayramını qeyd etdiyi zaman törədilib.

İlkin məlumata əsasən, partlayışı terrorçu-intiharçı törədib.