Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 21:22:00
Tələbələr interaktiv tədris üsulu ilə keçirilən mühazirələri maraqla qarşılayır

UNEC-in SABAH mərkəzinin rəhbəri, dosent Aida Quliyeva Litvanın Mikolas Romeris Universitetində (MRU) mühazirə deyib. AzEdu.az xəbər verir ki, Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində MRU-da olan A.Quliyevanın akademik mühazirələri elektron biznes, elektron marketinq və elektron bazar resursları (e-business, e-marketing və e-market resources) mövzularında olub.

 

İnteraktiv tədris üsulu ilə keçirilən mühazirələr tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, UNEC-lə MRU arasında magistratura pilləsi üzrə ikili diplom proqramı həyata keçirilir.