Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 17:30:00
Magistraturaya hazırlaşanlar üçün tam fərqli “Məntiq” kitabı çap olundu

Magistratura pilləsinə hazırlaşanlar üçün digərlərindən xeyli fərqlənən “Məntiq” kitabı çap olunub.

AzEdu.az  xəbər verir ki, Magistr İPG-nin məhsulu olan “Məntiq” magistratura ilə yanaşı,  dövlət qulluğu və Sabah qruplarına hazırlıq üzrə də nəzərdə tutulub.

Tərtibçilərdən olan Ravil Rzayev AzEdu.az-a açıqlamasında kitabın özəlliyi barəsində bunları bildirib:

“Ölkədə nəşr olunan müvafiq kitablardan bir neçə istiqamətinə görə fərqlənir.

Hər mövzunun əvvəlində alışdırma testləri daxil edilib, tələbə əvvəlcə mövzuya alışır, sonra isə mövzunun içinə daxil olur.

Mövzuda verilən testlər hərtərəflidir, bütün tipləri əhatə edir.

Testlərin ardıcıllığına xüsusi diqqət ayrılıb.

Son illərin model və qəbul tipli suallarina, xarici mənbələrdə  yer alan zəka suallarına xüsusi olaraq yer ayrılıb.