Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 15:34:00
“Bəzi  kurslar hazırlıq  proqramını qəsdən uzadırsa, deməli...” – Ekspertdən “şifrəli” açıqlama

“Müəyyən kurslar uşaqların VI sinifdən başlayıb, XI-ə qədər 5-6 ildə öyrəndiklərini  9-10 aya sığışdırırlar. Bəzi kurslar tərəfindən proqram vaxtı qəsdən uzadılırsa, bu da maddiyyata bağlanır. Burada müştəri, yəni abituriyent və ya valideynlərə maraqlı olan, proqramın daha tez bitməsidir. Hansısa kurs 9 aylıq proqramı 10-11 aya başa çatdırırsa, təbii ki burada işin araşdırılma tərəfləri var”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Elçin Əfəndi deyib:

O bildirib ki, DİM-in proqramı hələ çap olunmadığına görə, kurslar ötən ilin proqramı ilə dərslərini keçirlər:

“Bir çox kurslarda ötən illə və yeni qəbul edilmiş qaydalar əsasında proqramlar artıq təyin olunub. Həmin proqramlarda məsələn, sentyabr ərzində hansı mövzuların keçiriləcəyi qeyd olunur. Sentyabrda VI, oktyabrda  VII sinfin mövzuları başa çatır. Abituriyentlərin isə daha çox əziyyət çəkdikləri IX, X,XI sinif dərslikləridir.  Bunlarda material getdikcə ağırlaşır və proqram çoxalır.

Proqramı təxminən, apreldə bitirmək olar, may-iyun isə təkrar etmək üçün kifayət edir. Nəzərə alaq ki, bloklarda əsas fənlər var və bəziləri çox çətindir. Məsələn, IV qrupda Kimya, Biologiya fənləri o qədər çətindir ki, respublika üzrə belə Kimyadan  nəticələr çox aşağıdır. Səriştəsiz kurslar bilmədən vaxtı uzadırlar. Amma digərləri proqramı səliqəyə salır, aya neçə mövzunun düşdüyünü müəyyən edirlər”.

Ekspert hansı fənnə daha az və çox vaxt lazım olduğunu da deyib:

“İngilis dili, Ədəbiyyat kimi fənlərin proqramını  daha az, 7 aya bitirmək olar. Kimyanı isə abituriyent 8-9 aya ancaq öyrənə bilir. O da öyrəndiklərini  əsasında, yeni qaydayla 30 sualın hamısını yaza bilmir. Buna görə 1-2 ay təkrara ehtiyac var”.  Ona görə belə fənlərin proqramı daha uzun olur”.