Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 12:30:00
SABAH Mərkəzinin İKT üzrə təlimlərinə start verilib

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH Mərkəzinin təşəbbüsü ilə informasiya texnologiyaları (İT) üzrə təlimlərə start verilib.

AzEdu.az xəbər verir ki, təlimlərə müxtəlif ali təhsil müəssisələrinin tələbələri cəlb olunub. Təlimlər AzTU-nun SABAH Mərkəzinin müəllim və tələbələri tərəfindən keçirilir, tələbələrə İKT-nin incəlikləri, o cümlədən tədris prosesində informasiya texnologiyalarından istifadə qaydaları haqqında məlumat verilir.

Təlimi uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunacaq. Təlimlərin cari dərs ilinin sonunadək mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.