Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-28 17:20:00
III fənn bloku üzrə  “sınaqa düşən”  suallar – Tam fərqli test nümunələri

 

Bu gün Dövlət  İmtahan Mərkəzi tərəfindən yeni qaydalarla sınaq imtahanı keçirilib.

Repetitorlar şagirdlərin yeni qaydalara hələ uyğunlaşmadığını, imtahan zamanı çətinlik yaşayacaqlarını öncədən bildirir,  abituriyent  və  valideynlər  də  yeni modeli imtahana çox da ürək qızdırmırdılar.

Ən azından, kurikulim əsaslı ilk sınaq imtahanına qədər sosial şəbəkələrdə aparılan müzakirələr, müəllim, repetitor, abituriyent və valideynlərin yazdıqları fikirlər, apardıqları müzakirələr bunu deməyə əsas verirdi.

Bunun əsas səbəbi isə bu dəfə kurikulum modelinə söykənəcək tam fərqli sualların olmasıdır. Buraxılış imtahanı və ali məktəblərə qəbul imtahanı verəcək gənclər, ilk dəfə olaraq, bu il  ənənəvi test nümunələri ilə yanaşı, qeyri-standart tapşırıqlar, situasiya tipli suallar da ünvanlanacaq.

Odur ki, bugünkü sınaq imtahanlarında abituriyentlərə ünvanlanacaq sualların necəliyini hamı səbirsizliklə gözləyirdi.

AzEdu.az bunu nəzərə alaraq, bu gün müxtəlif fənn blokları üzrə abituriyentlərə ünvanlanan  sualları təqdim edir. Öncə, III fənn blokundan başlayaq:

III fənn bloku (A variantı)

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları