Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-28 12:00:00
Valideynlərin övladlarının təhsilinə ən çox pul xərclədiyi ölkələr- Uğur formulu

 

Dünyanın  fərqli ölkələrində ailələrin övladlarının təhsilinə xərcləri də fərqlidir.

Bəs təhsilə ən çox pul xərcləyən  ailələr hansı ölkədədir?

 AzEdu.az  xarici KİV-istinadən   bu məzmunlu  yazını təqdim edir:

 Honkonq dünyada ən yüksək həyat şəraitinə malik ölkələrdən biri  kimi dəyərləndirilir.

Ölkədə ailələr uşaqlarının təhsili üçün 131min dollar xərcləyirlər. Ölkədə adambaşına düşən milli gəlir  90 min 856 dollardır. Bu göstərici ilə Honkonq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliyanı  Yaponiyanı qabaqlayır.

Birləşmiş Ərəb Əmirlikləri Ərəbistan yarımadasının şərq hissəsində Fars  və Oman   körfəzləri sahilində yerləşir. Ərəb dili ölkədə təhsil dilidir və hakim dil olma xüsusiyyəti daşıyır.

Ölkədə ailələr bir uşağın təhsili üçün 99min dollar xərcləyirlər.

Sinqapur Asiyanın bir çox ölkələrinə nəzərən, təhsilin yaxşı inkişaf etdiyi dövlətdir. Əhalinin 95,4%-i təhsillidir. Ölkədə bir ailə təhsilə 71min dollar xərcləyir.

Rusiya   və Ukraynadan sonra ərazicə Avropanın   ən böyük üçüncü ölkəsi Fransadır. Ölkədə müasir təhsil sistemi son  200 ildə təşəkkül tapıb və dünyada ən qabaqcıl təhsil sistemlərindən birinə çevrilib. Fransada isə  ailələrin təhsil müddəti ərzində   xərcləri 16 min dollardır.

ABŞ-da çoxlu sayda dünya şöhrətli və ən inkişaf etmiş universitetlər yerləşir. ABŞ universitetləri bütün dünyada öz keyfiyyətli təhsilinə və yüksək tədris şəraitinə görə tanınır. Ölkənin təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Burada ailələrin təhsilə ortalama xərcləri 58 min dollardır.

Türkiyədə 2018 ili üçün məktəb xərcləri birinci sinifdən başlayaraq   uşaq üçün 1624 lirə, liseydə  isə 1830 liraya çatır.

Günel Yaşarqızı