Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-28 11:00:00
Dünyanın ən varlı insanlarının bitirdiyi universitetlər – Yenə də Harvard...

 

Bu gün milyon və milyard  dollarlıq sərvətləri ilə dünyanın ən zəngin  insanlarının hansı universitetləri bitirmələri yəqin, hər kəsə maraqlıdır.

 AzEdu.az   xarici  KİV-ə istinadən həmin insanların  təhsil aldıqları universitetləri təqdim edir:

 “Amazon.com" şirkətinin qurucusu, rəhbəri, baş icraçı direktoru olan Ceff Bezos  uşaqlıqdan texniki elmlərə maraq göstərib.  O, Prinston Universitetinin Elektrik mühəndisliyi ixtisasını  bitirib.

 Amerikalı sahibkar olan Uoren Baffet dünyanın ən məşhur investorlarından biridir.   Nebraska təhsilinə Linkoln Universitetində  başlayıb və biznesin idarə edilməsi üzrə məzun olub. 

Daha sonra o, Kolumbiya Universitetinə daxil olub. Universitet müddətində Baffet bacarıqlı tələbə idi, onun müəllimi isə amerikan iqtisadiyyat nəzəriyyəçisi və investor Benjamin Qrem idi.

 Microsoft  şirkətinin yaradıcısı  Bill Qeyts dünyanın ən varlı şəxslərindən biridir. Riyaziyyata çox marağı olan Bill Qeyts  atasının istəyi ilə vəkil ixtisasına yiyələnmək üçün  Harvard Univeristetinə daxil olur.

 “Louis Vuitton”un (LVMH) sahibi olan Bernard Arnault Ekol Politexnik  Məktəbində mühəndislik ixtisasının məzunudur.

 Livan əsilli meksikalı biznesmen olan  Karlos Slim Elu “Forbes” jurnalının 2010-cu il üçün olan statistik göstəricilərinə  görə  dünyanın ən varlı 100 şəxsi arasında birinci yeri tutub.

O, Universitetin inşaat mühəndisliyi fakültəsinin məzunudur. Latın Amerikasının ən varlı şəxsi olan Slim    öz sərvətini “Telefonos de Mexico”, “Altria Group”, “Telcel” və “America Movil” kimi rabitə şirkətlərində işləyərək əldə edib.

 Amerikalı sahibkar  Mark Elliot  Zukerberq Facebook sosial şəbəkəsinin qurucusudur. Liseydə oxuyarkən elm sahələrində bir çox mükafat alan Mark Zukerberq, ABŞ-ın ən nüfuzlu universitetlərindən  olan Harvard Universitetinə daxil olub. Bəzi səbəblərə  görə o, təhsilini yarımçıq qoyaraq Harvard universitetini tərk edib.   

Buna baxmayaraq, o,    İT mütəxəssisiliyi üzrə təhsilini başa vurub diplomunu alıb.  

 Günel Yaşarqızı