Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-28 09:30:00
Bu gün kurikulum modelinə uyğun ilk sınaq imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi bu gün yeni təhsil proqramları (kurikulumlar) üzrə Respublikanın 10 şəhər və rayonunda sınaq imtahanları keçirir.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 18 binada təşkil olunur.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 6600 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayacaq.