Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 22:09:00
Təqaüdlərin artırılması təkcə ali məktəb tələbələrinə şamil edilməyəcək - VİDEO  

Gələn ildən tələbələrin təqaüdləri artırılacaq. AzEdu.az xəbər verir ki, bu məsələ 2019-cu il üzrə dövlət büdcəsi zərfində əksini tapıb.

Məsələni “Xəzər xəbər”ə şərh edən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, təqaüdlərin 10  faiz artırılması nəzərdə tutulur.

Təhsilə ayrılan xərclərin artırılması tələbə təqaüdlərinin artırılmasına şərait yaradacaq. Bu məqsədlə dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulub. Təqaüdlərin artırılması təkcə ali məktəblərinin tələbələrinə şamil edilməyəcək.