Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 17:55:00
Azərbaycanda təhsil alan laoslu tələbələr  yüksək dövlət vəzifələrində çalışır

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkəmizdə səfərdə olan Laos Xalq İnqilabı Partiyasının (LXİP) nümayəndə heyəti ilə partiyanın mənzil-qərargahında görüşüb.

AzEdu.az-ın məlumatına görə,  LXİP Xarici əlaqələr komitəsinin sədr müavini Somdi Bounkhoum Azərbaycanın uğurlu inkişaf təcrübəsinin onlarda maraq doğurduğunu vurğulayıb. O, vaxtilə Azərbaycanda təhsil almış laoslu tələbələrin hazırda yüksək dövlət vəzifələrində çalışdığını, özünün də Bakıda təhsil aldığını məmnuniyyətlə xatırlayaraq Azərbaycan-Laos əlaqələrinin dərin köklərinin olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.