Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 17:18:00
“Sofiya” Azərbaycan milli geyimində

Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində “Qlobal İnfluenser Günü”nə (Global İnfluencer Day) həsr olunmuş tədbir keçirilir.

AzEdu.az-ın oxu.az-a istinadən məlumatına görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və bir sıra qonaqlar iştirak edib.

Tədbirdə dünyanın ən ağıllı süni intellektli robotu “Sofiya” açılış nitqi ilə çıxış edib. O, qonaqları milli geyimdə qarşılayıb.