Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 15:34:00
İranlı alim Milli Azərbaycan Tarixi Muzeyində olub

İran İslam Respublikasının Təbriz İslam İncəsənət Universitetinin professoru Bəhram Acarlı Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olub.

AzEdu.az-ın məlumatına görə,  görüşdə direktor, akademik Nailə Vəlixanlı muzeyin tarixi, fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, muzeydə, həmçinin səmərəli elmi-tədqiqatlar aparılır, müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

Akademik N.Vəlixanlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə muzeyin binasının əsaslı təmir olunduğunu diqqətə çatdırıb.

Sonra Milli Azərbaycan Tarixi Muzeyi ilə Təbriz İslam İncəsənət Universiteti arasında mədəni əlaqələrin qurulması məsələləri müzakirə olunub.

İranlı qonaq muzeydə nümayiş etdirilən maddi mədəniyyət nümunələri, həmçinin görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalarla yaxından tanış olub. Qonağa muzeyin nəşrləri hədiyyə edilib.