Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 14:52:00
UNEC məzunları işlə təmin olunacaqlar

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Aqroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi UNEC-in rektoru, professor Ədalət Muradov və “Aqroservis” MMC-nin baş direktoru Hüseyn Hüseynov imzalayıblar.

AzEdu.az-ın məlumatına görə, memorandum tərəflər arasında əlaqələrin təkmilləşdirilməsini, tələbələrin tədris-təcrübə qazanmaları üçün daha əlverişli və səmərəli şəraitin yaradılmasını nəzərdə tutur.

Ə.Muradov qeyd edib ki, memorandum çərçivəsində tərəflər birgə səylərlə yüksək ixtisaslı mütəxəssislər hazırlanması üçün çalışacaq, məzunların işlə təmin olunmasına dəstək göstəriləcək. Yeni razılaşmaya əsasən müasir tələblərə cavab verən, real istehsalat şəraitində tədris və təcrübə imkanları yaradılacaq.

H.Hüseynov kənd təsərrüfatı sahəsinin bir sıra ixtisasları üzrə yerli mütəxəssislərə ehtiyac olduğunu bildirib.

Qeyd olunub ki, əməkdaşlıq razılaşması bir sıra digər istiqamətləri də əhatə edir. Məsələn, razılaşma ictimai əsaslarla “İnteragro” klubunu təsis edərək bu qurumun vasitəsilə elm və təhsil bazasının gücləndirilməsini, istehsal edilən məhsulların ixracına dəstək məqsədilə şirkətlərin beynəlxalq əməkdaşlığa cəlb edilməsini, həmçinin UNEC ilə şirkət arasında elmi-metodiki resurs mübadiləsini nəzərdə tutur.