Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 13:49:00
Təhsil İnstitutunun əməkdaşı Qazaxıstanda təltif olundu

Qazaxıstanın Türkistan şəhərində “Böyük İpək Yolu üzərində orta əsr şəhərləri” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) əməkdaşı Mətanət Qurbanova bu ölkənin Mədəniyyət və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb.

AzEdu.az-ın məlumatına görə, beynəlxalq tədbirdə Mətanət Qurbanovanın “Orta əsrlərdə Azərbaycanda elm, təhsil və mədəniyyət geosiyasi alət olaraq” mövzusunda məruzəsi dinlənilib.

M.Qurbanovanın bu sahədə tədqiqatları yüksək qiymətləndirilib. O, Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyi, “Azret Sultan” Dövlət Tarixi-Mədəniyyət və Qoruq-Muzeyi tərəfindən “40-cı il” döş nişanı ilə təltif olunub.

Konfransda türkdilli ölkələrlə yanaşı, Hindistan, Pakistan və İrandan olan nümayəndələr də iştirak ediblər.