Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 13:09:00
“EBSCO” elektron məlumat bazasının yeni resursları oxucuların ixtiyarındadır  

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “EBSCO” məlumat bazasında təqdim olunan “Hiperlink” və “eBook Clinical Collection” tammətnli elektron resurslarından istifadə qaydalarının öyrənilməsinə dair vebinar keçirilib.

MEK-dən AzEdu.az-a bildirilib ki, kitabxana-xidmət şöbəsinin əməkdaşlarının iştirakı ilə keçən vebinarda “EBSCO”nun nümayəndəsi Tamilla Mirkamalova bu bazaların digərlərindən fərqi, onlardan istifadə etməyin imkanları haqqında məlumat verib. Bildirilib ki, “Hiperlink” məlumat bazasına tarix, ədəbiyyat, riyaziyyat, fəlsəfə, incəsənət və digər bölmələrə dair 300–dən artıq nəşriyyat, 15 mindən çox e-kitab daxildir. “eBook Clinical Collection” məlumat bazasında isə tibb elmləri və səhiyyənin müxtəlif sahələrinə dair 3500-dən artıq seçilmiş e-kitablar yerləşdirilib. “eBook Clinical Collection”da əsasən akademik kitablar, “Hiperlink”də isə sosial mövzular mövcuddur.

Qeyd edək ki, MEK-də “Hiperlink” və “eBook Clinical Collection” tammətnli elektron resusrlarından istifadə imkanı oktyabrın 31-dək oxucuların ixtiyarındadır.