Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-27 12:50:00
Sabah kurikulum modelinə uyğun ilk sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi sabah 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı keçirəcək.

AzEdu.az xəbər verir ki, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər qrupda  3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:

Sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə aşağıdakı kimi təqdim olunacaq:

I qrup

II qrup

III qrup

IV qrup

Riyaziyyat

Riyaziyyat

Azərbaycan (rus) dili

Biologiya

Fizika

Coğrafiya

Tarix

Kimya

Kimya

Tarix

Ədəbiyyat

Fizika


Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.

İmtahanın müddəti 3 saatdır. Tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə qeyd olunur. İmtahanın sonunda cavab vərəqələri və cavab kartları şagirdlərdən təhvil alınır.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq.

Yazı işlərinin yoxlanılması ilə əlaqədar və iştirakçıların sayından asılı olaraq imtahanın nəticələri ən tezi 2 həftədən sonra elan olunacaq. Abituriyentlərə imtahanda topladıqları ballar 400 ballıq şkala üzrə təqdim olunacaq.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.